McLaren Racing-in icraçı direktorundan bu vəziyyətlə bağlı nə düşündüyünü soruşanda, Braun Sky Sports telekanalının efirində zarafatla cavab verib: “Düşünürəm ki, yağış yağır! Mən kifayət qədər əminəm ki, start keçid təkərlərlə veriləcək. Amma əvvəlcə güclü leysanın nə vaxt dayanacağını gözləməliyik.
Aydındır ki, start təxirə salınıb və biz hər şeyi yoxlamalı, bütün kompüterlərimizin düzgün proqramlaşdırıldığına əmin olmalıyıq. Amma hesab edirəm ki, bizi qarşıda maraqlı yarış gözləyir!”





