Z.Braun: Nə etdiksə, alınmadı

McLaren-in rəhbəri Zek Braun bildirib ki, Daniel Rikkardonun yaxşı nəticə qazanması üçün hər şey ediblər.

F-1.az xatırladır ki, Rikkardo McLaren komandasında gözləntiləri qarşılaya bilməmiş və müqaviləsinin bitməsinə 1 il qalmış tərəflər yollarını ayırmaq qərarına gəlmişdi.

Zek Braun: “Bilmirik. Problemləri təhlil etdik və əlimzidən gələn hər şeyi etdik. Daniel də eyni şəkildə əlindən gələni etdi. Çətin prosesdən sonra nəticə hər iki tərəfi də məyus etdi. Səbəb isə hələ də müəmmalıdır. Daniel də heç nə bilmir.

Hər şeyi sınadıq və çox işlədik. Yenə də alınmadı və sürücü dəyişmək qərarına gəldik. Niyə belə oldu bilmirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*