A.Zaydl Saynsa heyran qalıb

McLaren komandasının rəhbəri Andreas Zaydl bildirib ki, Karlos builki performansı ilə Ferrari-yə layiq olduğunu göstərib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Türkiyə yarışına 15-ci yerdə başlasa da, yekunda 5-ci olub və Sürücülər Çempionatında komanda yoldaşı Norrisi keçərək, 7-ci yerə yüksəlib.

Andreas Zaydl: “Türkiyədəki yarışda Karlos özünü göstərdi. Əvvəlki illərdə də yağışda yaxşı sürürdü. Ötmə edərkən bolidi trasda əla tuta bilir. Mühəndisləri yaxşı tanıdığı üçün onlarla yaxşı anlaşır. Belə hallarda onun təcrübəsini görürük, çünki radioda az danışır və beləliklə doğru qərarlar alır. Çox yaxşı sürücüdür. Ferrari onu boş yerə seçməyib.

O, komanda ilə yaxşı işləyir. Məncə, uğurunun açarı budur. Son 3 yarışımızı səbirsizliklə gözləyirik. Ümid edirəm ki, gələn il onu məğlub edərik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*