Rəsmən: McLaren Gulf Oil ilə müqavilə bağlayıb

McLaren komandası Gulf Oil ilə sponsorluq müqaviləsi bağlayıb.

F-1.az xatırladır ki, McLaren keçən il Petrobras şirkəti ilə tərəfdaşlığa son vermişdi. Bu gün isə Britaniya komandasının Gulf şirkəti ilə anlaşdığı məlum olub.

Müqaviləyə əsasən McLaren-in bolidləri Gulf şirkətinin rənglərinə boyanacaq. Gulf loqotipləri isə bu həftəki Britaniya yarışından etibarən McLaren bolidinin mühərrik qapağında, güzgülərində və sürücülərin paltarlarında olacaq.

Zek Braun: “Gulf-ın McLaren-ə qayıtmasına görə xoşbəxtik. İki əfsanəvi firmanın yolları yenidən kəsişdi. Gulf bizim komandanın tarixinin bir parçasıdır. Onlar mükəmməlliyyətçilikləri ilə seçilirlər. Buna görə də McLaren-ə uyğundurlar. Tərəfdaşlığımız üçün həyəcanlıyam”.

Qeyd edək ki, iki şirkət 1968-1973-cü illərdə tərəfdaş olublar və çoxlu uğurlar qazanıblar.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*