FİA: Sıralanma turundakı nasazlıq insan amili ilə bağlı olub

FİA etiraf edib ki, Sinqapurdakı sıralanma turu zamanı yarış rəhbərliyi tərəfindən "təəssüf doğuran insan səhvi" buraxılıb və buna görə qırmızı bayraqlar dövründən sonra sprint üçün sıralanma turunun birinci hissəsində bəzi maşınlarda ötmə rejimi aktivləşməyib.

Problem Marina Bey trasında birinci sessiya zamanı xronometraj sistemlərindəki nasazlıqla heç bir bağlı olmayıb, baxmayaraq ki, bu da yəqin ki, iştirakçıların göstərdiyi nəticələrə təsir edə bilərdi. Federasiyada bildiriblər ki, səhv aşkar olunan kimi ötmə rejimi (Overtake Mode) yenidən aktiv edilib, bundan 27 saniyə sonra isə yenidən söndürülüb.

Bütün bunlar Serxio Peresin qəzasından sonra sprint üçün sıralanma yürüşləri bərpa olunanda baş verib və həmin insidentə görə trasda qırmızı bayraqlar göstərilib.

FİA-nın bəyanatında deyilir: “Sprint üçün sıralanma yürüşlərinin birinci seqmenti zamanı yarış rəhbərliyi tərəfindən birinci sessiyada baş vermiş xronometraj sistemlərindəki nasazlıqla əlaqəsi olmayan insan səhvinə yol verilib.

Söhbət gedən problem o demək olub ki, qırmızı bayraqlar periodu başa çatdıqdan sonra ötmə rejimi işləməyib. Restartdan sonra bu rejimin aktiv olmadığı aydınlaşanda, o, 27 saniyəlik müddətə yenidən aktiv edilib, bundan sonra isə yenidən söndürülüb.

FİA etiraf edib ki, bu xoşagəlməz insan səhvi bəzi maşınların sürətinə təsir göstərib və bu, onların bokslardan çıxış anından və trasdakı mövqeyindən asılı olub. Sprint üçün sıralanma yürüşlərinin ikinci və üçüncü seqmentlərində bu hal təkrarlanmayıb”.

Hələlik söhbətin hansı dərəcədə və konkret hansı maşınlara təsir göstərdiyi tam aydın deyil, amma cümə günü keçirilən sıralanma yürüşlərinin protokolunda sonuncu pillədə qərarlaşan Karlos Sayns bildirib ki, o, ən azı 0.6 saniyə itirib.

, ,