Maks Ferstappen: “Yaxşı sıralanma turu idi, sadəcə nəticələr çox sıx idi. Məncə, bütün kvalifikasiya ərzində ilk üçlüyə daxil olan sürücülər arasında fərq minimum olub.
Əlbəttə, poul qazanmağıma çox sevinirəm, çünki məhz belə nəticə göstərmək istəyirdim. Qeyd etməliyəm ki, bütün uik-end ərzində maşınım həqiqətən effektiv işləyib. Təbii ki, həmişə daha yaxşı çıxış etmək mümkün olan məqamlar olur, amma biz poul qazanacaq qədər sürətli olmuşuq.
Düşünürəm ki, yeni texniki reqlament əvvəlkindən fərqlənir və bizim bu maşın döngələr müəyyən mərhələlərinin öhdəsindən daha yaxşı gəlir. Demək istəyirəm ki, komandamız hazırda doğrudan da irəliləyib, ona görə də Sinqapur trasında pouldan başlamaq tamamilə xüsusi nailiyyət olub.
Problemli startlarımıza gəlincə, mən buna müsbət yanaşmağa çalışıram: daha pis ola bilməzsə, deməli hər şey yalnız daha yaxşı ola bilər. Sabah nəyə nail olacağımıza baxarıq”.





