E.Okon: Sarı bayraqlar hər şeyi məhv etdi

Alpine komandasının sürücüsü Esteban Okon sarı bayraqlara görə mübarizəni dayandırdığı üçün məyusdur.

F-1.az xatırladır ki, fransalı sürücü Bəhreyndəki sıralanma turunda 16-cı olub və birinci sessiyada mübarizəni dayandırıb.

Esteban Okon: “İlk cəhdimdə təkəri bir balaca kilidlədim və buna görə vaxt itirdim. İkinci cəhdimdə bunu kompensə edə bilərdim, ancaq alınmadı. Səkkizinci döngənin çıxışında Karlos Saynsa görə sarı bayraqlar sallanırdı və yavaşlamalı oldum. Bu səbəbdən yarım saniyə itirdim və mübarizəni dayandırdım. Boliddə performans tapmışdıq. Düşünürdüm ki, yaxşı yer tutarıq, amma alınmadı.

Artıq neçənci dəfədir ki, sarı bayraqlara görə yaxşı dövrə vura bilmirəm. Görək yarışda necə olur. Yuxarı pillələrə yüksəlmək lazımdır. Bunun üçün hər şey edəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*