17 İyun 2019, Bazar ertəsi - 16:59

US F1 maşını digərlərinə bənzəməyəcək

US F1 maşını digərlərinə bənzəməyəcək

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:02 - 23 Yanvar, 2010

US F1 komandası azarkeşləri əməkdaşları ilə və onların yarış dünyasına baxışları ilə tanışlığını davam etdirir. Keçən həftə komandanın saytında idman […]

US F1 komandası azarkeşləri əməkdaşları ilə və onların yarış dünyasına baxışları ilə tanışlığını davam etdirir. Keçən həftə komandanın saytında idman direktoru Piter Uindzorun fikirləri dərc olunmuşdu, dünən isə növbə komandanın baş konstruktorlarından biri Skott Bennetə çatıb.

Onun sözlərinə görə, komanda Formula1-də ilk maşınının dizaynına yenilik ruhunda çalışır. Maşın üzərində iş bir ildən artıqdır ki, davam edir və Bennetin dediyinə görə, US F1 heç də hər şeyi digər çempionat iştirakçılarından götürmür…

Skott Bennet: “Mənim bəxtim gətirdi, mən sıfırdan başlayaraq layihənin böyük bir hissəsini reallaşdırdım, ona görə də maşının doğulması prosesinin praktiki olaraq hər bir addımını gördüm və buna nəzarət etdim. Mənim əsas məsuliyyət zonalarım qabaq və arxa asılqanlar idi. Bu qeyri-adi çağırışdır. Formula1 maşını kompaktdır, ona görə də bir çox detalları çox kiçik yerdə yerləşdirmək lazım gəlir.

Bəzi detalları biz əvvəllər qəbul olunmuş qaydalarda etmirik. Hələlik sirrimizi aça bilmərəm, amma biz işə ağ vərəqdən başlamışıq və ona görə də bir çox suallara asanlıqla cavab tapmışıq. Tezliklə biz real trasda biləcəyik ki, cavablarımız düz idi, yoxsa yox. Lakin bizim maşın əvvəlki maşınların oxşarı deyil. Bəs siz bilirsinizmi ki, US F1 yeganə yeni komandadır ki, ötürmələr qutusunu özü düzəldib? Biz bir ildən də az vaxt ərzində baza yaratdıq, ən istedadlı mühəndislərdən ibarət qrup topladıq.

Komanda – insanların toplumudur, onlar bir çox məsuliyyətli tapşırıqları yerinə yetirirlər, amma mənim üçün bu hər şeydən əvvəl gerçəkləşmiş arzudur. Bizim ilk yarışın startı uzun bir dövrün sonu olacaq, amma eyni zamanda yeni bir dövrün də başlanğıcı olacaq. Biz bu günü səbirsizliklə gözləyirik…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 206
Teqlər
Paylaş

logo