L.Həmilton: Maks poula layiq idi

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Maks Ferstappen poula layiqdir.

 

F-1.az xatırladır ki, britaniyalı sürücü Əbu Dabi yarışına ikinci yerdən başlayacaq. O, sıralanma turunda əzəli rəqibi Ferstappendən 0.3 saniyə geridə qalıb.

Lyuis Həmilton: “Maks bu gün əla dövrə vurdu. Onun zaman nəticəsi ilə rəqabət edə bilmədik. Sərbəst yürüşlərdə çox güclü görünürdü. O dövrəsinə cavab verə bilmədik. Əla dövrə vurdu. Lakin vəziyyətimiz yaxşıdır. Sabah üçün təkər seçimimizin düzgün olduğunu düşünürəm. Ümid edirəm ki, gözəl yarış olar.

İlk cəhdimdə 5-ci döngədə vaxt itirdim. Lakin son dövrəm təmiz idi. Sadəcə sürətli gedə bilmədin. Bunun səbəbini bilmirəm. Bu gün Maksı məğlub edə bilmədim. O, poula layiq idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*