Byanki ailəsi gənc kartinqçilərə kömək üçün fond qurur

Kartinqlə məşğul olan gənclərin Formula1-ə daha rahat və tez yüksəlməsi üçün bu addımı atan ailə fondun adını "Jül Byanki Fondu" qoyacaq.

F-1.az xatırladır ki, Jül Byanki 2014-cü ildə Yaponiya Qran Prisindəki qəzadan sonra komaya düşərək ötən il iyul ayının 17-də vəfat etmişdi.

Mərhum pilotun ailəsi gənc kartinqçilərin Jül kimi Formula1-ə yüksəlmələrinə dəstək vermək üçün fond quracağını elan edib. Fondun əsas məqsədi gənclərin karyeralarındakı növbəti addımın pul yox, istedad olduğunu göstərməkdir.

Fondun veb-saytında bu sözlər yazılıb: “Fondun məqsədi maddi çətinlikləri olan gənc sürücülərə dəstək olmaqdır. Hədəfimiz bütün karyeraları boyu onların yanında olmaqdır”. Fond hədəflərinə çatmaq üçün bəzi proqramlardan istifadə edəcək. Bunlardan biri minimum 4 kart sürücüsünün beynəlxalq yarışlarda çıxış etməsini təmin etmək və onların 3 il ərzində mümkün qədər yuxarı avtomobil yarışı seriyalarına yüksəltməkdir.

Filip Byanki, Jül Byankinin atası, fondun qurucusu və rəhbəri: “Jül hədəflərinə çatmadan və xəyallarını reallaşdırmadan çox tez həyatdan köçdü. Biz onu bu fondla yad edəcəyik. Bu, bizim vəzifəmizdir və ona olan sevgimizi göstərmək üçün ən yaxşı fürsətdir. Onun adını bu formada yaşadacağım üçün qürur duyuram”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*