F.Massa: “Yarış əla keçdi”

Ferrari üçün çempionat çox uğurlu başlayıb, mövsümün ilk yarışında Fernando Alonso və Felipe Massa komandaya qələbə dublu qazanıblar. Braziliyalı sürücü […]

Ferrari üçün çempionat çox uğurlu başlayıb, mövsümün ilk yarışında Fernando Alonso və Felipe Massa komandaya qələbə dublu qazanıblar. Braziliyalı sürücü startda mövqeyini komanda yoldaşına uduzub, sonra yarışın gedişində hər iki sürücü Sebastyan Fetteli qabaqlasalar da Felipe finişdə ikinci olub…

Felipe Massa: “Bizim Bəhreynə rəqabətədavamlı maşınla gəlməyimiz, yarışı yaxşı tempdə keçirməyimiz əla xəbərlərdir. Allah şükür, mən tam qaydasındayam. Bir daha məni çətin anlarda dəstəkləyən hər bir kəsə minnətdarlıq edirəm.

Yarış əla keçdi, düzdür, yaxşı start ala bilmədim, yerimi Fernandoya verməli oldum. Amma bundan sonra hər şey yaxşı oldu, hər iki təkər tərkibi yaxşı işlədi.

Sebastyanın problemləri üzə çıxanda tempi artırdım və Fernandoya yaxınlaşdım, amma bundan sonra problemlər başladı – temperatur qalxdı və yanacaq çox sərf olunmağa başladı, ona görə də son dövrələrdə sürəti aşağı salmalı oldum. Fettelin problemləri ilə bəxtimiz gətirdi və bizim ikimiz də onu keçdik, amma mənim daha çox bəxtim gətirdi ki, Lyuisin sürəti son dövrələrdə kifayət qədər deyildi.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*