24 Oktyabr 2019, Cümə axşamı - 01:22

K.Klinin sürəti Çandhoku təəccübləndirib

K.Klinin sürəti Çandhoku təəccübləndirib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

06:39 - 11 May, 2010

Bu gün səhər sərbəst yürüşlərdə Kristian Klin Hispania-nın sükanı arxasında Karun Çandhoku əvəz edib. Bir neçə gün əvvəl avstriyalı sürücü […]

Bu gün səhər sərbəst yürüşlərdə Kristian Klin Hispania-nın sükanı arxasında Karun Çandhoku əvəz edib. Bir neçə gün əvvəl avstriyalı sürücü komanda ilə test və ehtiyat sürücü müqaviləsi imzalayıb, bu gün səhər FİA-nın superlisenziyasını alıb və trasda Bruno Sennanı yarım saniyə qabaqlayıb.

Yürüşlərdən əvvəl BBC-yə müsahibəsində Çandhok jurnalistlərə bildirmişdi ki, əgər Klin Bruno yarım saniyə qabaqlayarsa, təəccüblənəcək, amma hər şey elə belə də alınıb…

Karun Çandhok: “Kristianın sürəti məni həqiqətən təəccübləndirib, amma onun güclü komandalarla böyük iş təcrübəsi var, bu isə ona kömək edir. Bizim komanda rəqiblərə çox uduzur, inkişafa imkan verən hər bir məlumat çox vacibdir, hərçənd, digər tərəfdən isə, mən yerimi ona verdiyim üçün məyus olmuşam – mən də trasda maksimum vaxt keçirmək istəyirəm.”

Nahardan sonra Çandhok sükan arxasına qayıdacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 286
Teqlər
Paylaş

logo