Mükafatlandırma mərasimi Bolonyada baş tutacaq

Mövsümün sonunda FİA-nın mükafatlandırma mərasimi dekabrın 10-da Bolonyada keçiriləcək.

F-1.az xəbər verir ki, Bakı vaxtı ilə saat 00:30-da başlayacaq mərasim sosial şəbəkələrdə, xüsusən də federasiyanın rəsmi yutub səhifəsində canlı yayımlanacaq.

Mərasim Emiliya Romanya bölgəsinin dəstəyi ilə İtaliyanın Avtomobil Klubu tərəfindən təşkil olunur.

Muhamməd bin Sulayem, FİA-nın prezidenti: “Mən şadam ki, FİA prezidenti kimi ilk iştirakım etdiyim 2022-ci ilin mükafatlandırma mərasimi İtaliyanın avtoidmanı vadisi sayılan Bolonyada keçiriləcək.

Qonaqpərvərliyə görə İtaliya Avtomobil Klubuna (ACI), Emiliya Romanya Bölgəsinə və İtaliya Ticarət Agentliyinə və tərəfdaşlarımız Rolex, Hankook, Brembo, Marelli, OMPBell-ə ​​dəstəyə görə minnətdarıq.

Mən 2022-ci ilin çempionlarını şərəfləndirməyi və bu hadisəni FİA sosial media kanallarında bütün avtoidman həvəskarları ilə paylaşmağı səbirsizliklə gözləyirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*