E.Okon: Tam qane ola bilmərik

Mövsümün ikinci yarışı Alpine üçün məhsuldar alınıb - komanda hədəflədiyi kimi, hər iki sürücüsü ilə xal zonasına düşüb.

F-1.az xatırladır ki, Esteban yarışı komanda yoldaşının önündə, 8-ci yerdə başa vurub.

Esteban Okon: “Ümumiyyətlə, komanda yaxşı yarış keçirdi. Yekun nəticələr yarış tempimizi əks etdirir və səkkizinci yer bu günə qədər əldə etdiyimiz maksimumdur. Xüsusilə Bəhreyndən sonra iki maşınla xal qazanmaq əladır, lakin belə nəticələr bizi tam qane edə bilməz.

Maşının potensialı var, biz rəqabətə girmək üçün öyrənməyə və təkmilləşdirməyə davam edəcəyik. Daha yüksək yerlər uğrunda mübarizə aparmaq istəyirik və bunun üçün əzmlə çalışacağıq. Komanda həftəsonunu təhlil edəcək, bundan sonra diqqətimizi Avstraliya Qran Prisinə yönəldəcəyik. Melburnda daha çox nailiyyətlər əldə etməyə çalışacağıq”.
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*