F.Alonso: İki-üç il buradayam

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, hələ 2-3 il yarışmaq fikrindədir.

F-1.az xatırladır ki, 40 yaşlı sürücü bu mövsüm ikiillik fasilədən sonra idmana qayıdıb və Qətər yarışında podiuma yüksəlib.

Fernando Alonso: “Daha iki-üç il Formula1-də çıxış edib, daha sonra fərqli kateqoriyalarda yarışmağı düşünürəm. Çünki yarışmaqdan həzz alıram. Maşından çıxmaq mənim üçün çətin olacaq.

Geri qayıtdığım üçün xoşbəxtəm və növbəti mövsümü səbirsizliklə gözləyirəm. Formula1-də iki il olmasam da, o dövrlər WEC-də yarışıb, Dakar Rallisində çıxış etdim. Həmişə sükan arxasında olmağa çalışdım. Bir yerdə dayanmadım.

Daha sonra Formula1-ə qayıtdım. Hər şey qoyub getdiyim kimi idi. Formula1 o qədər kiçik dünyadır ki, hər şey olduğu kimi qalır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*