14 Noyabr 2019, Cümə axşamı - 02:25

Honda motordakı yeniliklərdən razı qalıb

Honda motordakı yeniliklərdən razı qalıb

Müəllif: Elçin Zodorov, redaktor

08:04 - 09 İyul, 2016

Silverstounda dünən keçirilən sərbəst yürüşlərdəki performans yapon motor istehsalçısını qane edib.

F-1.az xəbər vermişdi ki, Honda Böyük Britaniya Qran Prisi ərəfəsində 2 şərti baldan istifadə edərək daxili yanma mühərriyini təkmilləşdirib. Bununla da, motorun gücünün bir qədər artacağı gözlənilirdi. Honda Motorsport-un rəbəri Yusuke Haseqava cümə günü əldə olunan nəticələrin gözlədiklərindən daha yaxşı olduğunu bildirib.

Yusuke Haseqava: “Silverstoun maşının bütün xüsusiyyətlərini test edən bir trasdır və buna görə də, əldə edilən nəticənin sırf motor hesabına olduğunu demək çətindir. Həm Fernando, həm də Censon küləyə görə əziyyət çəkdilər. Bu da maşının idarəedilməsini çətinləşdirdi. Censon 2-ci seansda problemlərə görə yaxşı nəticə göstərə bilmədi, amma istənilən halda, nəticələr cəsarətvericidir. Doğru yolda irəlilədiyimizi düşünürəm. Şənbə və bazar günləri yağış gözləyirik, lakin Avstriya Qran Prisində olduğu kimi, 3-cü seansa dəyişkən hava şəraitinə bel bağlamadan keçmək istəyirik”.

Fernando Alonso: “Yenilənmiş motordakı fərqi başa düşmək çətindir, çünki biz köhnə və yeni variantla ardıcıl test etmədik. Ancaq mən əminəm ki, Honda rəqəmlərə baxaraq daha çox gücə sahib olduğumuzu təsdiqləyəcək”.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 516
Teqlər , , , , , ,
Paylaş

logo