Komandalar FİA-nın qərarından narazıdırlar

Gözlənildiyi kimi, FİA-nın Ferrari-nin keçənilki motoru ilə bağlı testlərin son günündə yayımladığı bəyanat rəqiblərin ciddi narahatlığına səbəb olub.

F-1.az xəbər verir ki, komandaların təmsilçiləri FİA-nın press-relizi barədə rəsmi şərh verməsələr də, bəziləri məxfi qalmaq şərti ilə öz fikirlərini bildiriblər. Onların əksəriyyəti düşünür ki, FİA araşdırmasını tamamladığını bildirsə də, əsas suala cavab verməyib: Ferrari-nin keçənilki motoru texniki reqlamentə uyğun idi, yoxsa yox?

Digər tərəfdən, bu suala konkret cavab verilməsə, çempionatın iştirakçıları federasiyaya bundan sonra güvənə biləcək?

Ferrari məsələ ilə bağlı açıqlama verməyi rədd edir, FİA rəhbərliyi ilə isə əlaqə yaratmaq hələ ki, mümkün olmayıb. Scuderia-nın rəqiblərinin suala cavab almaq üçün yeni addımlar atacağı gözləniləndir. Böyük ehtimalla, bu mövzu davam edəcək. Lakin hazırda FİA Ferrari motorları ilə bağlı araşdırmanı rəsmi olaraq bağlayıb…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*