M.Brandl: “Senna inanılmaz dərəcədə istedadlı idi”

Jurnalistlər Formula1-də 12 mövsüm yarışmış sürücü, biznesmen, menecer və BBC-nin şərhçisi Martin Brandlı üç dünya çempionunu – Ayrton Sennanı, Mixael […]

Jurnalistlər Formula1-də 12 mövsüm yarışmış sürücü, biznesmen, menecer və BBC-nin şərhçisi Martin Brandlı üç dünya çempionunu – Ayrton Sennanı, Mixael Şumaheri və Mika Hakkineni müqayisə etməsini istəyiblər…

Martin Brandl: “Onların hər biri özünə görə nadirdir. Senna inanılmaz dərəcədə istedadlı idi. Belə istedadı almaq və ya məşqlərlə qazanmaq mümkün deyil – bu Allah vergisidir. Senna trasda və ya həyatda gördüyüm ən istedadlı sürücüdür. O həm də çox emosional idi, emosiyalar onun hərəkətlərinə və davranışına təsir edirdilər. Biz mübarizədə bunun bir neçə dəfə şahidi olmuşduq, belə anlar indi tarixin bir hissəsidir.

Mixael Şumaher onun tam əksi idi, amma bununla yanaşı inanılmaz uğurlar qazandı. Əgər Senna çox şeyi ürəyi ilə həll edirdisə, Mixael hər şeyi başla həll edirdi – o ani olaraq düşünüb düzgün qərarlar qəbul edə bilirdi, o maksimum uğur qazanmağa köklənmişdi. mən əmin deyiləm ki, Mixaeldə Sennanın “altıncı hissi” var idi. Amma trasda ən yaxşı ilişmə imkanı verən yerləri tapmaq bacarığı, texnikanı başa düşmək qabiliyyəti, maşını hiss etməsi onu bu üçlükdə birinci edir.

Hakkinenə isə həmişə hədsiz mərdliyi kömək olurdu. Sürət və maşına nəzarət üzərində o Ayrton və Mixaelə nisbətən çox işləməli olmuşdu, amma bu iş öz bəhrəsini verdi.

Bu sürücülərin hər birinin nadir keyfiyyətlərinin birləşməsi bir dövrədə rəqibləri üzərində yarım saniyə üstünlük verirdi, trasda isə onlar maşının imkan verdiyindən sürətli olurdular.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*