12 Dekabr 2018, Çərşənbə - 09:23

V.Bottas: “Hələlik ancaq birinci addımı atmışam”

V.Bottas: “Hələlik ancaq birinci addımı atmışam”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:30 - 29 Sentyabr, 2018

Bir az əvvəl Valtteri Bottas karyerasında 6-cı pouluna qazanıb və sabah ilk qələbəsini qazandığı Soçi Avtodromunda qələbəyə əsas namizəd olacaq.

F-1.az xatırladır ki, keçən il ilk cərgədən Ferrari sürücüləri start alsalar da, finlandiyalı sürücü ilk döngələrdə rəqiblərini qabaqlayaraq liderliyə yüksəlmişdi. Ona görə də Valtteri sabahkı yarışın startında mövqeyini qorumağın nə dərəcədə çətin olmasını başa düşür…

Valtteri Bottas: “Sıralanmanın sonunda əla dövrə vurdum və sürətimi artırdım. Bilmirəm ki, Lyuisə nə oldu, amma əminəm ki, nəticəm birinciliyə kifayət etməli idi.

Özümü yaxşı hiss edirəm, çox şadam, amma bu hələ həftəsonunu uğurla başa vurmaq üçün ilk addımdır. Startdan ikinci döngəyədək çox uzun bir məsafə var, ona görə də mövqeyimi qorumağım olduqca vacib olacaq…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 247
Teqlər
Paylaş

logo