Lyuis Həmilton: “Mən Kimi Antonellidən 101 xal geri qalıram, amma biz xal qazanmağa çalışaraq əvvəlki kimi çox işləyirik. Çempionatın başa çatmasına hələ çox var və əgər Mercedes-i yaxalamaq imkanımız yoxdursa, indi mən öz vəzifəmi komandanın Mühəndislər Kubokuda 2-ci yeri qorumasına kömək etməkdə görürəm.
Keçən il hansı səviyyədə olduğumuzla müqayisə etsək, bu da əla nəticə olacaq. Müsbət məqamları görməyə çalışmaq lazımdır, hər halda biz podiuma yüksəlmək və qələbələr uğrunda mübarizə aparmaq gücündə olmuşuq.
Komanda texniki yenilikləri hazırlayarkən əla iş görüb, baxmayaraq ki, çoxları ilk növbədə mənfi tərəflərə diqqət yetirir. Amma əgər mən Corc Rasselllə rəqabət apara bilsəm və ilin sonunda, hətta ikinci pilləyə yüksəlməsəm belə, ən azı ilk üçlükdə qala bilsək, bu yenə də böyük nailiyyət olacaq”.
Təcrübəsinə görə yeddiqat dünya çempionundan FİA-nın 2027-ci ildə yarış məsafəsini 305 km-dən 290 km-ə endirmək barədə son qərarını şərh etməsi istənilib və Həmilton bunun niyə edildiyini anlamadığını deyib:
“Bu barədə də, belə qərarın hansı səbəbdən qəbul edildiyi barədə də heç nə bilmirəm. Məncə, yarış məsafəsi daha uzun olmalıdır, çünki indi bolidi idarə etmək fiziki baxımdan əvvəlkindən daha asandır. Ümumilikdə, mənə elə gəlir ki, məsafənin qısaldılmasında xüsusi məna yoxdur.
Məsələn, bu həftəsonundan danışsaq, biz C3, C4 və C5 tərkibli təkərlərdən istifadə edəcəyik və bu təkərlər demək olar ki, bütün məsafəni qət etməyə imkan verir. Onsuz da bir pit-stopla keçən çox yarışımız var və şəxsən mən istərdim ki, bir çox yarışda dövrələrin sayı bir qədər çox olsun. Açığı, mən istərdim ki, məsafə daha uzun olsun.
Formula1 fiziki və psixoloji yüklənmələrin maksimum yüksək səviyyədə olduğu idman növü olmalıdır – hərçənd yarışlar isti hava şəraitində keçəndə elə də olur. Məsələn, Sinqapurda çox istidir, bu il Malayziyadakı mərhələ dəli dərəcədə çətin olacaq. Amma hamı istəyir ki, sürücülər son həddə qədər yükLənsin, razılaşarsınız ki?
Bizim idmanımızın mahiyyəti məhz bundadır – mümkün olanın sərhədlərini kənara çəkməkdə. Buna görə də hesab edirəm ki, yarış məsafəsinin qısaldılmasında ümumiyyətlə heç bir məna yoxdur”.





