20 Avqust 2019, Çərşənbə axşamı - 03:41

V.Bottas: “Yeganə məqsədim titul qazanmaqdır”

V.Bottas: “Yeganə məqsədim titul qazanmaqdır”

Müəllif: Elçin Zodorov, redaktor

14:53 - 27 Dekabr, 2016

Williams-la keçirdiyi dörd mövsümdə doqquz dəfə podiuma yüksələn finlandiyalı hələ qələbə qazana bilməyib. Lakin onun olduqca iddialı məqsədi var – Formula1 üzrə dünya çempionu olmaq. Lakin Valtteri əla bilir ki, titulu qazanmaq heç də asan deyil və bunun üçün bir çox müsbət amilə ehtiyac var.

F-1.az artıq bir neçə dəfə xəbər verib ki, Valtteri Rosberqin yerinə Mercedes AMG-yə keçməyə ən real namizəd kimi göstərilir.

Valtteri Bottas: “Əsas məqsədimin nə olduğuna dürüst cavab verəsi olsam, titul qazanmaq deyərəm. Lakin bu, ancaq bir adamdan – sürücüdən asılı deyil. Komanda, mühəndislər, maşın və mexaniki problemlər də bunda əhəmiyyətli rol oynayır. Əgər mövsüm ərzində mühərrikdə 10 dəfə problem yaransa, hətta ən yaxşı sürücüsünüzsə və maşınınız da ən sürətlidirsə, çempion ola bilməyəcəksiniz. Sürücünün etməli olduğu şey əlindən gələn ən yaxşı nəticələri göstərməkdir. Bu, komanda idmanıdır və tək heç nəyə nail olmaq mümkün deyil.

Mənə elə gəlir ki, bir çoxları bizim üzərimizə düşən fiziki yükü anlamır. Biz çox məşq etməli oluruq. Yarışa fiziki olaraq hazır olmayan sürücünün psixoloji tarazlığı da pozulur. Uğur qazanmaq çətindir, lakin mən yerimdə qalmaq fikrində deyiləm. Öz arzuma – çempion olmağa doğru gedirəm. Bunun üçün hər şeyi edəcəm. Hazırda yeganə məqsədim budur”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 584
Teqlər , , ,
Paylaş

logo