V.Bottas bir motorunu itirib

Alfa Romeo komandasının sürücüsü Valtteri Bottas dünən problem yaşadığı mühərriyi daha istifadə edə bilməyəcək.

F-1.az xatırladır ki, finlandiyalı sürücü dünən ikinci sərbəst yürüşlərdə yolda qalmışdı. Bottas sərbəst yürüşlərdə mövsümə başladığı və daha çox yol qət etdiyi motoru istifadə edirdi. Lakin artıq qocalan motor dözməyib və canını tapşırıb.

Frederik Vassyör: “Motor builki ilk motorumuz idi. Daha pis ola bilərdi. Yaxşı hal olmasa da, faciə də deyil. Məyusuq, çünki istədiyimiz qədər dövrə vura bilmədik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*