N.Lauda təəccüblüdür

Mercedes komandasının qeyri-icraçı direktoru Niki Lauda keçmiş sürücüləri Rosberqin testlərə gəlməsinə təəccüblənib.

F-1.az xatırladır ki, Rosberq keçən il çempion olduqdan 5 gün sonra karyerasını bitirdiyini açıqlayaraq hamını təəccübləndirmişdi.

Niki Lauda: “Mənim dövrümdə hər il bir sürücü yarış vaxtı ölürdü. Psixoloji cəhətdən bizim üçün daha çətin idi. Amma bütün çempionlar titullarını qorumaq üçün yarışırdılar.

Mercedes-də 1200 adam işləyir. Bir sürücü kimi baxanda onu başa düşə bilirəm, amma komandaya qarşı məsuliyyətinə görə təəccüblənirəm.

Nikonu testlərdə görəndə çox təəccübləndim. Əgər özümə vaxt ayırmaq üçün idmandan getsəydim, bir müddət uzaq qalmaq istəyərdim. Onun boksa gəlməyi idmana qayıdacağı mənasına gəlmir. Məncə, Niko evində çox rahatdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*