Alfa Romeo da təqdimat gününü açıqlayıb

Keçən mövsüm gözəl performans göstərərək 6-cı olan alfa roemo komandası builki bolidini fevralın 7-də təqdim edəcək.

F-1.az xatırladır ki, İsveçrə komandası əvvəlki illərdə yeni rəng çalarını təqdim etməmişdən əvvəl İtaliyanın Fyorano trasında test yürüşü edirdi. Onlar bu çəkiliş gününə kamufole edilmiş rəng çaları ilə qatılrıdılar.

Lakin komanda builki maşınını fevralın 7-də təqdim edəcək və Bəhreyndəki mövsümöncəsi testlərdən əvvəl Barselonada çəkiliş günündə maşını trasa çıxaracaq.

Komandada bəzi dəyişikliklər var. Artıq Frederik Vassyör komanda rəhbəri deyil və onu hələlik Andreas Zaydl əvəz edəcək. Komandanın yeni rəhbərinin isə tezliklə məlum olacağı güman edilir.

2023-cü ilin sonunda Sauber ilə Alfa Romeo-nun yolları ayrılır. Onlar 2018-ci ildə tərəfdaşlığa başlamışdılar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*