Racing Bulls komandasının yaponiyalı sürücü yarışın restartı öncəsi start düzümündə maşını qeyri-dəqiq yerləşdirmişdi və buna görə ikinci isinmə dövrəsi verilmişdi. Lakin Yukiyə qarşı heç bir cəza tətbiq olunmadı. Belə ki, stüardlar finişdən sonra insidenti bütün detalları ilə araşdıraraq müəyyən ediblər ki, yapon sürücünün maşını start yerinin sərhədləri daxilində olub, onun hərəkətləri digər sürücülərə təsir göstərməyib və əlavə isinmə dövrəsi barədə qərarı Tsunoda start prosedurunu pozduğuna görə deyil, yarış direktoru verib.
Stüardların bu qərarı nəticəsində Yuki Tsunoda 10-cu yeri qoruyub saxladı. Əgər o, 10 saniyəlik cəza alsaydı, onda onuncu pilləyə Audi sürücüsü Qabriel Bortoleto yüksələcəkdi, onun komanda yoldaşı Niko Hülkenberq isə on birinci olacaqdı.
Audi komandasının stüardların qərarından apellyasiya şikayəti vermək niyyəti ilə bağlı bildirişi komandaya Monzada yarışın nəticələrindən şikayət üzrə tam apellyasiya təqdim edib-etməmək barədə qərar vermək üçün 96 saat vaxt verir.
“İtaliya Qran Prisindən sonra biz B5.9.4 maddəsinin tətbiqi ilə bağlı narahatlığımızı ifadə etdik. Həmin maddəyə əsasən, əlavə isinmə dövrəsinə səbəb olan sürücü pit-leynə daxil olmalı və yarışa pit-leyndən davam etməlidir, – deyə Audi komandasının bəyanatında bildirilir. – Stüardlar sanksiya tətbiq etməmək qərarı veriblər və biz bu qərardan apellyasiya şikayəti vermək niyyətimiz barədə bildiriş təqdim etmişik.
Məsələ artıq rəsmi apellyasiya mərhələsində olduğuna görə, bu mərhələdə əlavə şərh verməkdən çəkinəcəyik”.





