Y.Tsunoda: Bolid sürətlidir

AlphaTauri komandasının sürücüsü Yuki Tsunoda bildirib ki, AT03 güclüdür.

F-1.az xatırladır ki, yaponiyalı sürücü testlərin ilk günündə 121 dövrə vurub və 7-ci olub.

Yuki Tsunoda: “İlk gün yaxşı keçdi və komanda testlərə yaxşı başladı. Yeni bolidi ilk dəfə tam olaraq təcrübədən keçirdik. Buna görə də testlər bolidi anlamaq üçün çox vacibdir, çünki hər şey keçənilkindən çox fərqlidir.

İlk gündə çox dövrə vurmaq və fərqli sazlanmalar üzərində işləmək çox vacib idi. İstədiyimiz hər şeyi etdik. Komanda hələ də bəzi şeylərin üzərində işləməlidir, amma işin gedişindən razıyıq.

Bolid ilk gün çox etibarlı idi və çoxlu məlumat toplaya bildik. Önümüzdə daha beş gün test var və bolid sürətlidir. Lakin hər şey Bəhreyndəki sıralanma turunda məlum olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*