L.Həmilton: Əlimdən heç nə gəlmirdi

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Maks Ferstappenin yarış tempi güclü olduğu üçün heç nə edə bilməyib.

F-1.az xatırladır ki, britaniyalı sürücü Formula1 tarixinin ilk sprint yarışına pouldan başlasa da, startda Ferstappenin gerisinə düşüb və ikinciliyə razı olub.

Lyuis Həmilton: “Bu gün əlimdən gələni etdim. Bütün azarkeşlərə təşəkkür edirəm. Pozitiv enerji verdilər. Onların dəstəkləri mənim üçün dünyalar qədər vacibdir. Buna görə də ilk sprint yarışında uduzduğum üçün məyusam. Lakin sabah yenə mübarizə aparacağıq. Sadəcə pouldan başlayıb yer itirmək yaxşı hal deyil. Sabah bu neqativi pozitivə çevirməyə çalışacağıq.

Ferstappen uzaqlaşırdı və ona çatmaq üçün əlimdən heç nə gəlmirdi. Motorları güclüdür və bu il startlarda çox zəifləmişik. Öz üzərimizdə işləməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*