Azərbaycan-2026: Mətbuat konfranslarının cədvəli

Beynəlxalq Avtomobil Federasiyası (FİA) Azərbaycan Qran Prisinin rəsmi mətbuat konfranslarının iştirakçı heyəti açıqlayıb.

Çərşənbə günü avtodromun mətbuat mərkəzini iki üçlüyə bölünmüş altı sürücü ziyarət edəcək. Birinci qrupda Şarl Lekler (Ferrari), Ayzek Həcər (Red Bull) və Aleks Əlbon (Williams) sualları cavablandıracaqlar. İkinci qrupda isə Serxio Peres (Cadillac), Oskar Piastri (McLaren) və Corc Rassell (Mercedes) jurnalistlərin suallarını cavablandıracaqlar.

Cümə axşamı jurnalistlərin suallarını komanda rəhbərləri – Mattia Binotto (Audi), Ayo Komatsu (Haas) və Loran Mekis (Red Bull) cavablandıracaqlar.

Cümə və şənbə günləri günün ən yaxşı üçlüyü sualları cavablandıracaq.

,