Aleks Əlbon: “Komanda fantastik iş görüb. Mövsümün gedişində şassini dəyişmək asan məsələ deyil, amma bunun öhdəsindən gəlib. Yeniliklər simulyatorda əla işləyir, maşının çəkisi ciddi şəkildə azalıb, üstəlik Bakıdakı trasda bizə uyğundur – nəticələrin necə olacağını görəcəyik.
Biz uzun müddət ciddi çəki artığı olan maşınla çıxış edib və buna görə dövrədə vaxt itirib. Bakıya gətirdiyimiz yeni şassi hətta reqlamentin icazə verdiyindən də az çəkir – ballast quraşdırmalı olub. Bu həftəsonu çəki baxımından rəqiblərlə ilk dəfə bərabər vəziyyətdəyik.
Çəkinin azalması dövrənin keçilmə vaxtına birbaşa təsir edəcək, buna görə də aerodinamikanın özünü necə göstərəcəyindən asılı olmayaraq, böyük addım atacağımızı bilirik. Bu, bizim üçün vacib addımdır, amma nəzərə almaq lazımdır ki, orta qrup komandaları yerində saymayıb, mövsüm ərzində maşınlarını fasiləsiz təkmilləşdirib və onlar da ciddi irəliləyişə nail olub”.





