A.Elbon: Qırmızı bayraq kömək etdi

Red Bull komandasının sürücüsü Aleksander Elbon karyerasının ilk podiumundan razıdır.

F-1.az xatırladır ki, taylandlı sürücü üçüncü startdan sonra Daniel Rikkardonu xarici trayektoriyadan keçərək, karyerasında ilk dəfə fəxri kürsüyə qalxıb.

Aleksander Elbon: “Çox yaxşı yarış idi. Podiuma çıxmaq uzun çəkdi. Amma bizim üçün çətin yarış idi. Ancaq çox xoşbəxtəm. Nəfəs alıram və burada olmaq çox gözəldir.

Yarışdan yaxşı nəticə gözləmirdim. Amma iki dəfə qırmızı bayrağın çıxması bizə kömək etdi. İkinci sektordakı sürətli döngələr ardıcıllığında bədənim ancaq adrenalin ifraz edirdi və xoşbəxtəm. Bu gün maşını sürmək həzz verdi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*