Niko Hülkenberq: Ümid edirəm ki, xal qazanacağıq

Niko Hülkenberq Bakıda yeddi dəfə çıxış edib, lakin yalnız bir dəfə - 2016-cı ildə Force India-nın heyətində xal qazanıb və bu həftəsonu həmin uğuru təkrarlamağa ümid edir…

Niko Hülkenberq: “Qarşıda gərgin dövr var, mövsümün sonuna qədər, demək olar ki, fasiləsiz yarış həftəsonuları bizi gözləyir. Amma mən təqvimdən razıyam və bu çağırışı səbirsizliklə gözləyirəm – çox maraqlı traslar görəcəyik.

Bakıda şəhər trası nisbətən ləngdir, bir sonsuz uzun düzlük istisna olmaqla. Onun bizim bolidə uyğun olub-olmadığını deyə bilmərəm – daha çox ortaq bir yerdədir. Biz komandaların orta qrupunda möhkəmlənmişik və burada Racing Bulls və Alpine-lə mübarizə aparırıq. Düşünürəm ki, onlar bu həftəsonu da əsas rəqiblərimiz olacaqlar.

Ümid edirəm ki, xal qazanacağıq. Komandada müsbət ab-hava var, biz mövsümün davamını nikbinliklə gözləyirik”.