Niko Rosberq: “Madriddə VSC rejiminin elan olunması ilə Lando Norrisin sadəcə bəxti gətirmədi. Təhlükəsizlik avtomobilinin trasa çıxması və ya VSC rejiminin elan olunması zamanı hər şey şəraitdən asılı olur. Ya bəxtiniz gətirir, ya da gətirmir. Belə hallar baş verəndə bu, həmişə çox acınacaqlı olur, Lando qələbəyə layiq idi və çox təəssüf ki, yarışı yalnız təhlükəsizlik avtomobilinə görə uduzdu.
Məsələ burasındadır ki, təhlükəsizlik avtomobilinin arxasında maşınların dövrə vurub durması heç kimin xoşuna gəlmir. Bu, avtoidmanda ən darıxdırıcı mənzərədir. Bunun qarşısını almaq üçün virtual təhlükəsizlik avtomobili rejimi tətbiq olunub ki, təhlükə o qədər də böyük olmayanda trasda sadəcə sürəti azaltmağa imkan versin.
Madriddə Strollun maşınını trasdan kənarlaşdırmaq üçün sözün əsl mənasında cəmi bir neçə dəqiqə lazım olub – VSC sistemi də bunu təhlükəsiz şəkildə etməyə kömək edib, amma bu onun ideal olduğu anlamına gəlmir.
VSC ilə bağlı reqlament dəyişdirilməlidir. Ya VSC rejimi zamanı pit-leyn bağlı qalmalıdır ki, bu vəziyyətdən öz xeyrinə istifadə etmək imkanı sürücülərin əlindən alınsın, ya da pit-leyn üzrə sürət məhdudiyyəti ciddi şəkildə azaldılmalıdır ki, yarış ərzində edilən pit-stopla vaxt fərqi yaranmasın”.





