Bir qədər əvvəl Corriere della Sera yazmışdı ki, yeddiqat dünya çempionu Avropa mövsümü ərzində baş vermiş bir neçə münaqişəli vəziyyətdən sonra komandanın əməliyyat və strateji heyətində dəyişikliklərə nail olmaq istəyib. Qəzet Həmiltonun konkret kimlə fikir ayrılığı yaşadığını yazmayıb.
Buna cavab olaraq Lyuis sosial şəbəkələrdə belə paylaşımların həqiqəti əks etdirmədiyini bildirən açıqlama yayıb.
“Son vaxtlar yayılan bəzi paylaşımları gördüm və vəziyyətə aydınlıq gətirmək istəyirəm, – deyə Lyuis yazıb. – Mən heç vaxt komandamdakı hər hansı bir şəxsin əvəzlənməsini istəməmişəm. Birgə çalışdığım hər kəs hər gün əlindən gələni edir və məhz onların işə sadiqliyi irəli getməyimizə kömək edir.
Mən hər zaman insanları dəstəkləməyə və onlara özlərinin daha yaxşı versiyasına çevrilməyə, yaxud ən azı güclü tərəflərini görməyə kömək etməyə çalışıram. Bu məndə hər zaman alınmır, amma mənim istədiyim də məhz budur və burada olma səbəbim də budur. Biz hamımız birlikdə çalışırıq və bu, belə də davam edəcək”.





