V.Bottas: Audi-də hamı işləmək istəyər

Alfa Romeo komandasının sürücüsü Vlatteri Bottas bildirib ki, hər kəs Audi-nin layihəsində olmaq istəyər.

F-1.az xatırladır ki, Sauber komandası 2026-cı ildən Audi ilə tərəfdaşlığa başlayacaq.

Valtteri Bottas: “Rəsmi olaraq dəyərləndirəndə Sauber və Audi böyük potensiala sahibdirlər. Çox ciddidirlər və qazanmaq istəyirlər. Nəinki mən, hamı bu layihədə işləmək istəyər. 2024-cü ildən onların dəstəyi gələcək və çox şey məlum olacaq.

Əgər Audi bir neçə il ərzində Sauber-ə yardım etsə, 2026-cı ildəki güc qurğusu güclü olsa, hər şey mümkündür. İndidən bir söz demək çətin olsa da, komanda önünə hədəflər qoyacaq.

Hələ də görəcəyimiz işlər var. Hər şeyə sahibik. Bəzi texniki məsələlərdə liderlərdən geridəyik, amma fərqi bağlamaq üçün vaxt var. Audi-nin dəstəyi ilə hər şey mümkündür”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*