V.Bottas: Elə bil rallidəyəm

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, daha yaxşı nəticə göstərə bilərlər.

F-1.az xatırladır ki, finlandiyalı sürücü cümə sərbəst yürüşlərində birinci olub. Lakin 31 yaşlı pilot son sektorda vaxt itirib.

Valtteri Bottas: “İlk sessiya qırmızı bayraqlara görə dayandı. Buna görə də az sürdük. Bundan başqa təkərləri blokladım və bir dəst təkərim pis günə düşdü. İkinci sessiyada isə daha çox dövrə vurdum. Amma bütün sesktorlarda ən yaxşı nəticələri bir yerə yığa bilmədim. Düşünürəm ki, daha yaxşı zaman nəticəsi göstərə bilərik. Şərait çətin idi və əksər sürücülər səhv etdilər. Xüsusən də çəndə yanacaq az olanda arxa tərəfdə problem yaşayırdım. Elə bil ralli maşını sürürdüm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*