V.Bottas Həmiltondan razıdır

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, Həmilton onunçün yaxşı meyar nöqtəsidir.

F-1.az xatırladır ki, finlandiyalı sürücü bu il iki yarış qazanaraq Sürücülər Çempionatında liderliyə yüksəlib.

Valtteri Bottas: “Lyuis bir neçə dəfə Dünya Çempionu olub. Buna görə də onunla komanda yoldaşı olmaq mükəmməldir. Yaxşı meyardır. Bu hal komandanı daha da güclü edir. Həm də komanda yoldaşınızla mübarizə aparırsınız və onunla müqayisə olunursunuz. Onunla mübarizə aparmaq həmişə çətindir. Bu, mükəmməl fürsətdir. Mən başqa sürücünü komanda yoldaşı kimi seçməzdim”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*