Corc Rassell: Şansım olduğu müddətdə titul uğrunda mübarizə aparacağam

Son dörd ildə Corc Rassell Bakıda üç dəfə podiuma yüksəlib və həftəsonunun başlanğıcını nikbinliklə gözləyir…

Corc Rassell: “Mənə bu tras xoş gəlir. Son yarışlarda özümü boliddə açıq-aşkar daha rahat hiss edirəm. Keçən mərhələdə Madriddə tempim yaxşı idi, amma ötmə edə bilmirdim.

Formula1-də əsas çətinlik ondadır ki, biz məşq və test keçirə bilmirik. Qolfda zərbəni düzəltmək istəyirsənsə, meydana gedirsən və məşq edirsən, məşq edirsən, məşq edirsən. Sürücülər isə Qran Pri uik-endi ərzində, sərbəst yürüşlərdə, sıralanma turunda və yarışda məşq etməyə məcbur qalırlar, buna görə də pilotaj üslubunda hansısa dəyişikliklər bu qədər çox vaxt aparır.

Bilirsiniz, bu il məndə təxminən Piastridə olan eyni problemlər var. Əvvəl işləyən şey indi işləmir, amma mən irəliləyiş əldə etmişəm və yenidən qələbələr uğrunda mübarizə aparacağıma ümid edirəm. Biz Oskarla Formula4, Formula3, Formula2 və Formula1-də qalib gəlmişik. Mən öz bacarığıma şübhə etmirəm, əminəm ki, Oskar da öz bacarığına şübhə etmir – sadəcə, bunun üçün vaxt lazımdır.

Şəxsi hesabda geridə qalıram, çünki mövsümün ilk yarısında nəticələrim kifayət qədər yüksək olmayıb. Amma ən azı riyazi şanslar qaldığı müddətdə hər yarışda titul uğrunda mübarizə aparacağam”.