C.Rassell: Reallığa qayıtdıq

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, Əbu Dabi yarışında öz yerlərinə qayıdıblar.

F-1.az xatırladır ki, “gümüşü oxlar” mövsümə pis başlasalar da, son yarışlarda sürətlənmişdilər. Onlar son yarışlarda Red Bull-la qələbə mübarizəsini girişmiş və Braziliyada Rassellə mövsümdəki ilk qələbələrini qazanmışdılar.

Corc Rassell: “Burada reallığa qayıtdıq. Gələn il Red Bull-la mübarizə aparmaq üçün inkişaf etməliyik. Bolidimizin böyük potensialı olsa da, performansı zəifdir. Budapeşt, Sinqapur, Meksika və Braziliay bolid üçün zirvə yarışlar idi. Əbu Dabi, Montsa və Spa isə dibi gördüyümüz yarışlar oldu. Bu traslar arasında dağlar qədər fərq var”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*