Yaponiya Qran Prisi: Sıralanma turu

Quru. Buludlu. Havanın temperaturu +26° C, trasın temperaturu +36° C Uik-endin gedişində ekspertlər qeyd edirdilər ki, aşkar favorit yoxdur, ona […]

Quru. Buludlu. Havanın temperaturu +26° C, trasın temperaturu +36° C

Uik-endin gedişində ekspertlər qeyd edirdilər ki, aşkar favorit yoxdur, ona görə də sıralanma turunda mübarizə gərgin və sıx olacaq, amma bu gün səhər sonuncu sərbəst yürüşlərdə Sebastyan Fettel protokollara böyük üstünlüklə başçılıq edib – Suzukada 3 ardıcıl poulun müəllifi aşkar favoritə çevrilib.

Üç sürücü sessiyadan əvvəl cərimə almışdı – sabahkı yarışın startında Mixael Şumaher 10 yer (Sinqapurda Jan Erik Vernlə toqquşmaya görə), Censon Batton və Niko Hülkenberq 5 yer (ötürmələr qutusu dəyişdirildiyinə görə) itirəcəklər.

Birinci hissədə yalnız Fettel, Uebber, Batton və Şumaher Hard təkərlərlə qalıblar, digər sürücülər isə yumşaq Soft təkərlərinə keçiblər. Yeddiqat dünya çempionu damalı bayraqlar altında 2-ci hissəyə keçə bilib, protokollara Roman Qrojan başçılıq edib – 1:32.029, mübarizəni isə zəif komandaların sürücüləri ilə birlikdə Bruno Senna dayandırıb. Braziliyalı sürücüyə sürətli dövrədə Vern mane olub.

İkinci hissədə gərgin mübarizə gedib, protokollara Sebastyan Fettel başçılıq edib – 1:31.501. Mübarizəni Massa, di Resta, Şumaher, Maldonado, Rosberq, Rikkardo və Vern dayandırıblar.

Sonuncu hissədə Fettel ilk həmləsində gözəl nəticə göstərib – 1:30.839. Rəqiblər ikinci cəhddə bu nəticəni yuaxşılaşdırmağa çalışsalar da, bunu edə bilməyiblər – bəzi sürücülərə Kimi Rəykkönenin trasdan çıxması üzündən dalğalanan sarı bayraqlar mane olub. Beləliklə, Sebastyan Suzukada ardıcıl 4-cü poulunu qazanıb. Mark Uebber Red Bull-a birinci cərgədən startı təmin edib. İkinci cərgədən isə Kobayaşi və Qrojan start alacaqlar…

Yer Pilot Komanda Motor I sessiya II sessiya III sessiya
Yer Vaxt Yer Vaxt Vaxt Fərq
01 S.Fettel Red Bull Renault 06 1:32.608 01 1:31.501 1:30.839
02 M.Uebber Red Bull Renault 11 1:32.951 06 1:31.950 1:31.090 + 0.251
03 C.Batton McLaren Mercedes 15 1:33.077 02 1:31.772 1:31.290 + 0.451
04 K.Kobayaşi Sauber Ferrari 02 1:32.042 05 1:31.886 1:31.700 + 0.861
05 R.Qrojan Lotus Renault 01 1:32.029 07 1:31.988 1:31.898 + 2.059
06 S.Peres Sauber Ferrari 03 1:32.147 09 1:32.169 1:32.022 + 1.183
07 F.Alonso Ferrari Ferrari 05 1:32.459 04 1:31.833 1:32.114 + 1.275
08 K.Rəykkönen Lotus Renault 04 1:32.221 03 1:31.826 1:32.208 + 1.369
09 L.Həmilton McLaren Mercedes 14 1:33.061 08 1:32.121 1:32.327 + 1.488
10 N.Hülkenberq Force İndia Mercedes 07 1:32.828 10 1:32.272
11 F.Massa Ferrari Ferrari 10 1:32.946 11 1:32.293
12 P.di Resta Force İndia Mercedes 09 1:32.898 12 1:32.327
13 M.Şumaher Mercedes AMG Mercedes 16 1:33.349 13 1:32.469
14 P.Maldonado Williams Renault 08 1:32.834 14 1:32.512
15 N.Rosberq Mercedes AMG Mercedes 12 1:33.015 15 1:32.625
16 D.Rikkardo Toro Rosso Ferrari 13 1:33.059 16 1:32.954
17 J.E.Vern Toro Rosso Ferrari 17 1:33.370 17 1:33.368
18 B.Senna Williams Renault 18 1:33.405
19 H.Kovalaynen Caterham Renault 19 1:34.657
20 T.Qlok Marussia Cosworth 20 1:35.213
21 P.de la Rosa HRT Cosworth 21 1:35.385
22 Ş.Pik Marussia Cosworth 22 1:35.429
23 V.Petrov Caterham Renault 23 1:35.432
24 N.Kartikeyan HRT Cosworth 24 1:36.734

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Yaponiya Qran Prisi: Sıralanma turu

Quru. Günəşli. Havanın temperaturu +23° C, trasın temperaturu +37° C Suzukada sərbəst üyürşlərin bütün üç sessiyasında protokollara Censon Batton başçılıq […]

Quru. Günəşli. Havanın temperaturu +23° C, trasın temperaturu +37° C

Suzukada sərbəst üyürşlərin bütün üç sessiyasında protokollara Censon Batton başçılıq etmişdi – McLaren maşını təkmilləşdirərək ciddi tərəqqiyə nail olub, amma yalnız sıralanma turu real qüvvələr nisbətinə qiymət verməli idi. Suzukaya qədər mövsümün bütün poullarını Red Bull sürücüləri qazanmışdılar, rəqiblər bu ənənəyə son qoymaq istəyirdilər, amma Sebastyan Fettel yenə də hamıdan güclü olub və mövsümdə 12-ci, karyerasında isə 27-ci poulunu qazanıb.

Suzukada təkərlərin yeyilməsi, eləcə də tərkiblərin sürət fərqi çox ciddi hiss olunub, ona görə də sıralanma turunda komandalar çətin məsələ qarşısında qalıblar – maksimum təkər dəstinə qənaət etməklə yaxşı start mövqeyi qazanmaq.

Birinci sessiyada Niko Rosberq və Vitantonio Liutsi maşınlarındakı problemlər üzündən nəticə göstərə bilməyiblər, mübarizəni isə onlarla birlikdə yeni komandaların bütün sürücüləri dayandırıblar. Protokollara isə yerli azarkeşlərin sevimlisi Kamui Kobayaşi başçılıq edib. İkinci sessiyada Serxio Peresin maşınında problemlər üzə çıxıb, onunla birlikdə Force İndia, Williams və Toro Rosso komandaları tam heyətlə mübarizəni dayandırıblar. Protkollara isə Lyuis Həmilton başçılıq edib.

Son sessiyada Kobayaşi Medium təkərlərlə sürətli dövrəni başa vurmadan boksa qayıdıb, Lotus Renault GP sürücüləri və Mixael Şumaher isə yalnız bir dövrə ilə kifayətləniblər. İlk cəhdindən sonra protokollara başçılıq edən Lyuis Həmilton ikinci cəhdinə çıxa bilməyib – damalı bayraqlar dalğalanıb. Sebastyan Fettel isə Censon Battonu cəmi 0.009 saniyə üstələyib.

Sabah yarışın startı çox maraqlı olacaq…

Yer Pilot Komanda Motor I sessiya II sessiya III sessiya
Yer Vaxt Yer Vaxt Vaxt Fərq
01 S.Fettel Red Bull Renault 07 1:33.051 02 1:31.424 1:30.466
02 C.Batton McLaren Mercedes 06 1:32.947 03 1:31.434 1:30.475 + 0.009
03 L.Həmilton McLaren Mercedes 04 1:32.843 01 1:31.139 1:30.617 + 0.151
04 F.Massa Ferrari Ferrari 10 1:33.235 06 1:31.909 1:30.804 + 0.338
05 F.Alonso Ferrari Ferrari 03 1:32.817 05 1:31.612 1:30.886 + 0.420
06 M.Uebber Red Bull Renault 09 1:33.135 04 1:31.576 1:31.156 + 0.690
07 M.Şumaher Mercedes GP Mercedes 13 1:33.748 07 1:32.116
08 B.Senna Lotus Renault GP Renault 11 1:33.359 09 1:32.297
09 V.Petrov Lotus Renault GP Renault 05 1:32.877 08 1:32.245
10 K.Kobayaşi Sauber Ferrari 01 1:32.626 10 1:32.380
11 A.Sutil Force İndia Mercedes 02 1:32.761 11 1:32.463
12 P.di Resta Force İndia Mercedes 12 1:33.499 12 1:32.746
13 R.Barrikello Williams Cosworth 15 1:33.921 13 1:33.079
14 P.Maldonado Williams Cosworth 14 1:33.781 14 1:33.224
15 S.Buemi Toro Rosso Ferrari 08 1:33.064 15 1:33.227
16 X.Algersuari Toro Rosso Ferrari 17 1:35.111 16 1:33.427
17 S.Peres Sauber Ferrari 16 1:34.704 17
18 H.Kovalaynen Team Lotus Renault 18 1:35.454
19 Y.Trulli Team Lotus Renault 19 1:35.514
20 J.D’Ambrozio Marussia Virgin Cosworth 20 1:36.439
21 T.Qlok Marussia Virgin Cosworth 21 1:36.507
22 D.Rikkardo Hispania Cosworth 22 1:37.846
23 N.Rosberq Mercedes GP Mercedes 23
24 V.Liutsi Hispania Cosworth 24

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*