Hispania-nın yeni maşını cümə günü debüt edəcək

Biz artıq bildirmişdik ki, Hispania komandasının Barselona testlərində debütü ləngiyir. Komanda F111-i əvvəlcə çərşənbə günü, sonra isə cümə axşamı trasa […]

Biz artıq bildirmişdik ki, Hispania komandasının Barselona testlərində debütü ləngiyir. Komanda F111-i əvvəlcə çərşənbə günü, sonra isə cümə axşamı trasa çıxarmağı planlaşdırsa da, bu gün rəsmi bəyanat yayılıb.

Autosport-un bildirdiyinə görə, yeni maşın trasa martın 11-də çıxacaq – cümə və şənbə günləri F111-in sükanı arxasında Narain Kartikeyan və bu günlərdə adı çəkiləcək komandanın ikinci sürücüsü işləyəcəklər.

Çox güman ki, bu sürücü Vitantonio Liutsi olacaq, bu barədə çox məlumat verilsə də, müqavilə rəsmən hələ bağlanmayıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*