Lə Man: Audi-nin üçqat qələbəsi

Audi komandaası 78-ci əfsanəvi “Lə Manın 24 saatı” yarışının bütün podiumunu zəbt ediblər. Almanlar bu dəfə sürətli olmasalar da, sutkalıq […]

Audi komandaası 78-ci əfsanəvi “Lə Manın 24 saatı” yarışının bütün podiumunu zəbt ediblər. Almanlar bu dəfə sürətli olmasalar da, sutkalıq məsafəni texniki problemlərsiz yola veriblər. Onların Peugeot-dan olan əsas rəqibləri darmadağın ediliblər – yarışın ilk saatlarında ilk dördlüyü tutan fransalıların heç bir maşını finiş görə bilməyib.

Yarışda qələbəni isə almanlar Timo Bernhard və Mayk Rokenfeller və fransalı Romen Dümanın ekipajı qazanıb. Onların hər biri üçün bu debüt qələbədir, sürücülər yeni rekorda da imza atıblar – bir sutka ərzində 397 dövrə və ya 5410 km məsafə qət edilib, bu isə 1971-ci ildə göstərilmiş nəticədən 2 dövrə çoxdur.

Yarışın əvvəlində “dörd halqalılar” yalnız ikinci dördlükdə yer alıblar, amma Peugeot 908-lər sıradan çxıdıqca almanlar mövqelərini yüksəldiblər. Audi-nin yeganə problemi hələ dünən axşam yaranıb – marafonun səkkizqat qalibi Tom Kristensen WTCC-nin üçqat qalibi BMW sürücüsü Əndi Priolla yolu bölüşə bilməyib və trasdan çıxaraq çınqıllığa düşüb. Trasa qayıdan “mister Lə Man” boksda maşının təmirini gözləməli olub, nəticədə ekipaj podiumun ən aşağı pilləsinə çıxıb.

Marafonun son saatlarında yarışdan kənar qalanların sayı kəskin artıb – nəticədə finişə 55 start almış ekipajdan yalnız yarısı çata bilib.

LMP2 sinfində Strakka Racing komandası startdan finişə kimi liderlik edib və ümumi təsnifatda beşinci olaraq, öz sinfində inamlı qələbə qazanıb. GT1 sinfinin nümayəndəsi Larbre Competition finiş görmüş üç maşından birincisi olub. GT2 sinfində isə qələbəni Felbermayr Proton komandası bayram edib – onların Porsche-si sürətdə hər iki Chevrolet Corvette komandasına uduzsa da, amerikalılar motor probleləri üzündən yarışı dayandırmalı olublar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*