K.Horner: “Təkərləri başa düşə bilmirik”

Red Bull Avropa QP-də yaşadıqları təkər probleminə görə təəccüblü olduqlarını bildiriblər...

F-1.az xatırladır ki, yarışa ikinci yerdən başlayan Daniel Rikkardo, yarış ərzində təkərlərin asfaltla ilişməsindən narazı qalmışdı. Rikkardo yarışı 7-ci, Ferstappen isə 8-ci yerdə bitirdi.

Kristian Horner bildirib ki, onlar təkərlərin performansını anlamaq üçün çox işləməlidirlər: “Başa düşmək çətindir. SuperSoft və Soft təkərlərdə yeyilmə çoxdur. Yaxşı dövrələr vura bilmədik. Sərt təkərləri istifadə etmək qərarına gəldik və bolid özünü daha yaxşı apardı. Maks yarışın ən sürətli 3-cü dövrəsini vurdu və nələrin baş verdiyini başa düşmək üçün işləməliyik. Keçən həftə hava çox soyuq idi. Bu həftə isə çox isti idi. Son iki yarış barədə cavablanası çox sual var. Burada sıralanma turunda güclü idik və ilk iki dövrədə Danielin heç bir problemi yox idi. Sonra təkərlərdən qəribə səslər gəlməyə başladı”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*