D.Rikkardo: Çox çətin oldu

McLaren komandasının sürücüsü Daniel Rikkardo sıralanma turunun ilk sessiyasında uduzandan sonra məyusdur.

F-1.az xatırladır ki, avstraliyalı sürücü Portuqaliyada sıralanma turunda 16-cı yeri tutub.

Daniel Rikkardo: “Nələr baş verdiyini bilmirəm. Çox çətin dövrələr vurdum. Sonuncu sektorda çox əziyyət çəkirdim. Bunun səbəbini bilmək istəyirəm. Bolidin potensialı var idi. 16-cı yer istədiyim nəticə deyil.

Son sektorda bir az da yaxşı ola bilərdim. Soft təkərlərlə atdığım son dövrədə trafikə düşdüm və bu işimi çətinləşdirdi. Hər şey göz qırpımında oldu. Bunu gözləmirdim”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*