L.Norris: Ciddə çətin olacaq

McLaren komandasının sürücüsü Lando Norris düşünür ki, Ciddə yarışı onlar üçün çətin keçəcək.

F-1.az xatırladır ki, McLaren komandası son 3 yarışdan cəmi 4 xal toplaya bilib və hazırda üçüncü yerdəki Ferrari-dən 39.5 xal geridədirlər.

Lando Norris: “Ciddə fərqli trasdır. Sürətli və düzgündür. Ətrafı isə divarlarla örtülüb. Bizim üçün çətin olacaq. Trası tanımaq üçün simulyatorda çox vaxt keçirdim. Bunu etmək həmişə vacibdir. Sıralanma turu maraqlı keçəcək. Mövsümü daha yaxşı yerdə bitirmək üçün son iki yarışda əlimizdən gələni edəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*