Mercedes vətənində xüsusi rəng çalarında yarışacaq

Mercedes komandası vətəni Almaniyada 200-cü yarışına çıxacaq və buna görə də xüsusi rəng çalarlarından istifafə edəcək.

F-1.az bildirir ki, alman komandası bu həftə avtoidmandakı 125-ci ilini qeyd edəcək. Buna görə də “gümüşü oxlar” fərqli rəng çalarlarında mübarizə aparacaq.

Toto Volff: “Bu, xüsusi həftəsonu olacaq, çünki Mercedes-in 200-cü yarışı olacaq. Hokkenkaymda avtoidmandakı 125-ci ildönümümüzü qeyd edəcəyik”.

, ,