Zak Braun 2027-ci il mövsümünün təqvimindən razıdır

2027-ci il mövsümünün təqvimi dərc olunduqdan sonra McLaren Racing-in başçısı Zak Braun vəziyyəti Sky Sports-un efirində şərh edib…

Zak Braun: “Əla təqvimdir. Çox yarış, çox hadisə var. Yeni mövsümün Bəhreyndə startını səbirsizliklə gözləyirəm. Şübhəm yoxdur, bu, möhtəşəm olacaq!

İdmanımız getdikcə daha populyar olur. Bütün biletlər satılıb. Yarışlar fantastik dərəcədə maraqlıdır. Bu il yeni dünya çempionu ortaya çıxa bilər.

McLaren-ə gəlincə, əldən veriləni kompensasiya etmək kifayət qədər çətin olacaq, amma ilin sonuna qədər bacardığımız qədər çox yarış qazanmağa çalışacağıq”.

,