MakNiş: Komandada indi ab-hava tam fərqlidir

Audi komandasının yarış direktoru Alan MakNiş mövsümün gedişatından razıdır və mövsümün sonuna qədər Mühəndislər Kubokuda yeddinci yeri hədəfləyir…

Alan MakNiş: “Gözləntilərimizi üstələdikmi? Müəyyən mənada, bəli. Madriddə komandada hamı sıralanma turunun finalına yüksələ bilmədiyimiz üçün məyus olmuşdu və bu, mövsümün əvvəli ilə müqayisədə həmin gözləntilərin nə qədər dəyişdiyini göstərirdi.

Hazırda komandanın əməkdaşlarında ab-hava tam fərqlidir. Amma mövsümün əvvəlində etibarlılıq problemləri yaşanmasaydı, daha yüksək mövqelərdə ola bilərdik.

Bakıda döngələr keçmə üzrə orta sürətə əsasən, bu tras bizim maşına uyğundur. Bu mərhələdə xal qazanmaq və Mühəndislər Kubokuda yeddinci yer uğrunda mübarizə aparmaq üçün yaxşı şansımız var – hədəfimiz də məhz bu olacaq!”