Sebastyan Fettel Formula1-in inkişaf yolları barədə

Sebastyan Fettel hesab edir ki, V8 mühərriklərinə qayıdış Formula1-in bütün problemlərini həll etməyəcək…

Sebastyan Fettel: “Mən düşünmürəm ki, bütün problemləri təkbaşına həll edəcək hansısa bir həll yolu var. Formula1-də insanlar tez-tez hər şeyi bir anda dəyişəcək o yeganə ideyanı axtarırlar, amma əslində nəticə müxtəlif elementlərin vəhdəti hesabına əldə olunur.

Mən hesab edirəm ki, ekoloji cəhətdən təmiz yanacağa keçid Formula1-in və ümumilikdə avtoidmanın inkişafı üçün ən perspektivli yollardan biridir. Belə bir həllin potensialı Formula1-in çərçivəsindən kənara çıxır və digər seriyalar üçün də istiqamətverici ola bilər.

Formula1 gələcək qarşısındakı məsuliyyətini unutmadan yüksək nəticələrə, innovasiyalara və tamaşaçılığa can atmağa davam etməlidir”.