Mayk Elliott Alpine komandasının yeni texniki direktorudur

Alpine komandası Mayk Elliottun komandanın texniki direktoru vəzifəsinə təyin olunduğunu açıqlayıb. O, 2023-cü ilin noyabr ayına qədər Mercedes-də eyni vəzifəni tutub. İndi isə Elliott Enstoundakı bazada texniki və mühəndislik şöbələrinə rəhbərlik edəcək.

Alpine komandası ümid edir ki, Mayk Elliott texniki istiqaməti gücləndirəcək və dörd aparıcı komanda ilə fərqi azaltmağa kömək edəcək.

Britaniyalı mütəxəssis daha əvvəl də 2008-ci ildən 2012-ci ilə qədər Enstounda çalışıb və aerodinamika şöbəsinin rəhbəri vəzifəsini tutub. Onun Formula1-də ümumi iş təcrübəsi 23 il təşkil edir və Elliott Renault və Mercedes-lə əməkdaşlıqdan başqa, 2000-ci ildən 2008-ci ilə qədər McLaren komandasında da işləyib.

,