P.Qasli: Mayamidə potensialımızı göstərməliyik

Alpine komandasının sürücüsü Pyer Qasli Bakıdakı uğursuz həftəsonundan sonra özünə gəlib, Mayami yarışına hazır olmaq istəyir.

F-1.az xatırladır ki, Alpine komandası Bakıda çox zəif təsir bağışlayıb və həm sprintsə, həm də əsas yarışda xalsız qalıb. İndi onlar Mayamidə bu nəticənin təsadqüf olduğunu isbatlamaq istəyirlər.

Pyer Qasli: “Mayamidə yenidən yarışdığım üçün sevincliyəm. Bakıdan bir neçə gün sonra yarışmaq komanda üçün vacibdir, çünki oradakı pis performansdan sonra özümüzü toplamaq istəyirik.

İnanırıq ki, böyük potensialımız var və bu uğursuzluq biryarışlıqdır. Heyif ki, Bakıda yaxşı hazırlaşa bilmədik. Pis başladı və pis də bitdi. Hamımız çox məyus olduq. Bizim potensialımız daha çoxdur və daha yaxşısını edə bilərik.

İlk yarışlardan da razı deyildik, amma Bakıya apardığımız yeniliklərin hamısını işlədə bilmədik. Buna görə də Mayamidə real gücümüzü görəcəyik. Sərbəst yürüşlərdə daha gərgin test proqramımız var. Görək ənənəvi reqlamentdə nə edirik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*